Yol polisi jurnalistləri belə xilas etdi - FOTO

Yol polisi daha bir sürücünün özbaşnalığına son qoyub. Avtosfer.az Unikal.org-a istinadən xəbər verir ki, Qax-Bakı marşrut xətti ilə hərəkətdə olan 99 CG 064 dövlət nömrə nişanlı Ford markalı mikroavtobus qeyri-qanuni sərnişin daşıyır. Belə ki, mikroavtobusun sahibi Rəsulov Xəyal Hacı oğlu 8 nəfərlik mikroavtobusda 9-10 nəfər yerləşdirmək istəyib. Bununla razılaşmayan sərnişinləri isə təhqir edib.
Haqlarını tələb edən sərnişinlər polisə məlumat veriblər.
Hadisə yerinə gələn Qax rayon Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor Ayaz Məmmədov mikroavtobusun nasaz vəziyyətdə olduğunu aşkarlayıb və bu nəqliyyat vasitəsi ilə sərnişin daşımanın təhlükəli olduğunu bildirib.
Nəticədə DYP rəisi Ayaz Məmmədov yolda qalan sərnişinlərə kömək edərək yeni mikoavtobusun təşkil olunmasına göstəriş verib.
Qax rayon Polis Şöbəsi rəhbərliyinin tapşırığına müvafiq olaraq rayon DYP-nin rəisi Ayaz Məmmədovun rəhbərliyi ilə yol polisi əməkdaşları tərəfindən mikroavtobus cərimə meydançasına aparılıb.
Qeyd edək ki, sərnişinlərdən üçü jurnalistdir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














