Yol polisi - "Neftçilər"də ənənəvi sıxlığın həlli sürücülərin insafına qalıb

"Neftçilər" metro stansiyasının yaxınlığında, xüsusilə Dakar meydanı adlanan ərazidə əksər saatlarda nəqliyyatın hərəkətində sıxlıq yaranır. Bu vəziyyətdən sürücülər də narazıdır, piyadalar da.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov mövcud problemi Oxu.Az-a şərh edib.
Onun sözlərinə görə, Dakar meydanı ərazisindəki tıxacların səbəbi sürücülərin qaydalara doğru-dürüst əməl etməməsidir:
"Sürücülər idarə etdiyi avtomobiləri dayanma-durma qaydalarına uyğun saxlamırlar. Bundan başqa, paytaxt ərazisində nəqliyyat vasitələrini saxlamaq üçün nəzərdə tutulan yerlərdən kənarda park etmək, bir dəqiqə belə gözləmək süni sıxlığın yaranmasına səbəb olur.
İkincisi isə həmin ərazidə həm "Qara Qarayev", həm də "Xalqlar Dostluğu" metro stansiyaları istiqamətində avtobus dayanacaqları var. Doğrudur, dayanacaqlar kifayət qədər geniş ərazidə yerləşir və sayından asılı olmayaraq bir neçə avtobus dayanacağa eyni anda girə bilir. Lakin təəssüf ki, sürücülər nəqliyyat vasitələrini həmin ərazidə düzgün park etmirlər. Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan sürücülərin ərazidə 2-3 dəqiqə dayanması və müştəri gözləməsi nəqliyyatın hərəkətini çətinləşdirir. Bu da Dakar meydanında süni sıxlıq yaradır”.
V.Əsədov qeyd edib ki, sürücülər polislərin humanist addımından sui-istifadə edir:
“Bu gün polis əməkdaşları bu cür qayda pozuntuları üçün sürücülərə nəzarət etməməlidir. Sürücü bilməlidir ki, hansı ərazidə yol hərəkəti qaydaları hansı şəkildə tənzimlənir. Sürücülər təkcə özlərini düşünməməlidir. Avtomobili yolun hərəkət istiqamətində saxlamaq, kimisə gözləmək doğru deyil. Dövlət Yol Polisi İdarəsi tərəfindən həmin şəxslərə qarşı inzibati tənbeh tədbirləri həyata keçirilir. Bu məqsədlə pik vaxtlarında həmin ərazilərdə nəzarət gücləndirilir. Amma gərək sürücülər fərdi qaydada normalara riayət etsinlər. Ətrafda polis əməkdaşını görməyən sürücü nəyə görə qaydanı pozur? Halbuki biz həmin sürücüyə yaxınlaşıb avtomobilini yolun hərəkət istiqamətindən götürməsini deyəndə üzrxahlıq edib gedirlər. Bunu hər dəfə polis əməkdaşları sürücülərə xatırlatmalı deyil".
Dayanma-durma qaydalarının pozulmasına görə cərimə tətbiq edildiyini deyən V.Əsədov cərimələrin artırılmasının əleyhinə olduğunu deyir:
"Qaydanı bir dəqiqəlik belə pozan sürücü heç bir halda inzibati məsuliyyətdən azad olunmur. Sürücülər yol hərəkətində şəxsi mənafelərini üstün tutmamalıdırlar. Bizimlə yanaşı, digər aidiyyəti qurumlar da öz işini kifayət qədər yaxşı görür. Sadəcə olaraq yol hərəkəti iştirakçıları öz məsuliyyətlərini dərk etmək istəmirlər. Düşünürəm ki, tətbiq edilən cərimə məbləği olduqca aşağıdır. Amma qətiyyən cərimə məbləğinin artırılmasının tərəfdarı deyiləm.
Məsələn, adi dayanma, durma və ya parklanma qaydalarını pozmağa görə 20 manat, avtobus dayanacaqlarının qeyri-qanuni zəbt edilməsinə görə isə cərimə məbləği 40 manat təşkil edir. Gün ərzində aidiyyəti üzrə kifayət qədər cərimə tətbiq edilir və yüzlərlə sürücüyə sadəcə xəbərdarlıq etməklə qaydalara riayət etməsi deyilir. Bu hallar yalnız sürücülərin qaydalara riayət etməsi ilə həll oluna bilər".
DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO










