Yol polisi Nizami rayonunda tədbir keçirdi: sürücülər saxlanıldı və... - VİDEO

Bu gün Nizami rayon Polis İdarəsinin Dövlət Yol polisi Şöbəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə rayon ərazisində maarifləndirici tədbir keçirib. Avtosfer.az xəbər verir ki, “Təmiz hava” aylığı çərçivəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən tədbirin əsas məqsədi atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.
Tədbir zamanı nəqliyyat vasitələri saxlanılıb, sürücülərə avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması izah edilib. Bildirilib ki, zərərli qazlar ərtaf mühiti çirkləndirir və insan sağlamlığına ziyandır. Həmçinin ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsi və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Reyd zamanı avtomobilləri həddindən artıq zəhərli qazlar ixrac edən sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Xatırladırıq ki, may ayının 15-dən iyun ayının 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçirilir.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












