Yol polisi Salyanda növbəti maaifləndirmə tədbiri keçirib - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 10-cu tağımı Salyan rayonu ərazisində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüşlər rayonun Qarabağlı və Qaraçala kəndlərində baş tutub.
YPX Alayının 10-cu tağımının komandiri, polis-moyoru Qulu Quliyev bildirib ki, görüşlərin keçirilməsində əsas məqsəd magistral yolların kənarlarında yaşayan sakinləri yol-hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək, mövcud problemləri onların dilindən dinləyib aradan qaldırmaqdır.
Tağım komandiri Qulu Quliyev əsas problemin kəndlərin ərazilərindən keçən yollarda piyadaların qaydaları pozması olduğunu bildirib. “İnsanlar yolu keçərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə diqqət yetirməli, yol kənarı ilə hərəkət edərkən nəqliyyat vasitələrinin axınına qarşı hərəkət etməli, yolu keçərkən piyada keçidlərindən istifadə etməlidirlər.”
Komandir mal-qara ötürənlərin sürücülər üçün böyük təhlükə yaratdığını bildirib və qeyd edib ki, mal-qara sahibləri də bu məsələlərdə diqqətli olmalıdırlar. “Xüsusən də qaranlıq saatlarda mal-qara sahiblərinin heyvanlara nəzarəti gücləndirməlidir.”
Tağım komandiri görüşlərin sonunda kənd sakinlərininin təkliflərini və iradlarını da dinləyib, belə görüşlərin mütəmadi keçiriləcəyini də vurğulayıb.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












