Yol polisi Şəkidə daha bir maarifləndirmə tədbiri keçirib - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşları Şəkinin Aşağı Layski kəndində sakinlərlə maarifləndirici görüş keçirib.
Avtosfer.az xəbər verir ki, görüşdə kənd sakinlərinin diqqətinə çatdırılıb ki, kənd Şəki-Qax magistral yolunun üstündə yerləşdiyi üçün yol nəqliyyat hadisələrindən qorunmaq daha vacibdir.
Kənd təsərrüfatı texnikasının saz vəziyyətdə idarə edilməsi, işıq sistemlərinin qaydasında olmasının əhəmiyyəti vurğulanıb. Həmçinin sutkanın qaranlıq saatlarında yolu keçərkən diqqəti olmaq, piyada keçidlərindən istifadə etmək qeyd olunub.
YPX əməkdaşları kənd sakinlərini mal qaranı ötürən zaman qaydalara əməl etməyə, nəzarətsiz qoymamağa çağırıblar. Bildirilib ki, xüsusilə sutkanın qaranlıq saatlarında buna diqqət olunmalıdır.
Yol kənarındakı məktəblərdə şagirdlərin dərsdən çıxan zaman yolu keçməsinə müəllimlər və valideynlər tərəfindən nəzarət olunması bildirilib.
Bütün bunların yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün önəmli olduğu deyilib. Bu cür maarifləndirmə işlərinin davam etdiriləcəyi vurğulanıb.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












