Yol polisi şimal bölgəsində maarrifləndirici tədbirlər keçirib - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 2-ci tağımının əməkdaşları Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında magistral yola yaxın ərazilərdə yerləşən məktəblərdə maarifləndirici tədbirlər keçirib. Avtosfer.az xəbər verir ki, tədbirdə polis əməkdaşları, məktəblərin rəhbərliyi və şagirdlər iştirak ediblər. Qeyd olunub ki, bu cür görüşlərin keçirilməsində məqsəd şagirdləri təhlükəsizlik qaydaları ilə tanış etmək və gələcəyimiz olan uşaqları baş verə biləcək yol qəzalarından qorumaqdır. Həmçinin balacalara yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları izah olunub, iştirakçılarla yol mədəniyyətinin yüksədilməsi barədə maarifləndirici söhbətlər aparılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Məktəblərin giriş hissəsinə Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı maarifləndirici materiallar əks olunmuş plakatlar vurulub.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ































