Yol polisi sınaq imtahanlarında uşaqları belə qorudu – DYP-dan açıqlama

Bazar günü respublika üzrə keçirilən sınaq imtahanlarında şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi gücləndirilmiş iş rejimində çalışıb. Belə ki, Dövlət İmtahan Mərkəzinin Daxili İşlər Nazirliyinə rəsmi müraciətindən sonra Yol Patrul Xidmətinin əməkdaşları şagridlərin avtobus, mikroavtobus və digər nəqliyyat vasitələrilə imtahan məntəqələrinə təhlükəsiz çatdırılmasını təmin ediblər. Bu barədə Avtosfer.az –a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, təxminən 6 minə yaxın şagirdin təhlükəsizliyi bu qaydada qorunub.
Avtosfer.az xəbər verir ki, həmin gün xüsusilə Şəki şəhərində imtahanlara gedən 6 nəqliyyat vasitəsindən ibarət karvan Yol Patrul Xidməti Alayının 5-ci tağımı tərəfindən müşayət olunub. Şagirdlər Oğuz rayonu ərazisindən Şəki şəhərinə aparılıb və daha sonra təhlükəsiz şəkildə geriyə qaytarılıb. Qeyd edək ki, analoji tədbirlər gələcəkdə də davam etdiriləcək.
Respublika ərazisində imtahan zamanı hər hansı yol-nəqliyyat hadisəsi baş verməyib.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












