Yol polisi Bakı-Sumqayıt marşurutlarında maarifləndirici reyd keçirib - FOTO

Ordumuzun əldə etdiyi şanlı qələbələr fonunda polis əməkdaşları da arxa cəbhədə gözlə görünməyən düşmən olan koronavirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları son günlər artan koronavirus infeksiyanının yayılmasının qarşısının alınması məqsədilə Sumqayıt şəhərində və DYP-nin stasionar YPX postlarında hərəkət iştirakçıları ilə növbəti dəfə nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.
Belə ki, Sumqayıt şəhər avtovağzalında və şəhərin ayrı-ayrı ərazilərində, eləcə də DİN BDYPİ-nin Saray qəsəbəsi ərazisində yerləşən stasionar postunda sərnişindaşıma ilə məşğul olan ictimai və taksi nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri ilə maarifləndirmə xarakterli söhbətlər aparılıb, sanitariya-gigiyena və karantin rejimi qaydalarına əməl etməyin zəruriliyi, eyni zamanda döyüşən hərbiçilərimizə münasibətdə hər bir azərbaycanlının həkimləri məşğul etməmək kimi bir vəzifə daşıdığı, dünyanın epidemialoji çağırışlarına Vətənə xidmət niyyətilə cavab verməyin vətəndaşlıq borcu olduğu onların diqqətə çatdırılıb.
Sürücülərə bir daha xəbərdarlıq edilib ki, nəqliyyat vasitəsinə müəyyən edilmiş normalardan artıq sərnişin götürmək infeksiyanın yayılması və daha çox insanın yoluxması riskini artırır. Sürücü və sərnişinlərə tibbi masklaradan düzgün formada, yəni tənəffüs yollarını örtəcək şəkildə istifadə etmələri tövsiyə edilib.
Nəzarət qaydasında saxlanılan avtobuslarda tibbi maskadan istifadə etməyən sərnişinlərə xəbərdarlıq olunub, onlara tibbi maskalar paylanılıb, qaydalara riayət etməyən şəxslər barəsində isə inzibati qaydada protokollar tərtib edilib.
Təhlükəsizlik tədbirləri davam etdirilir.
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK























