Yol polisi sürücülərə müraciət etdi - “Açarları ustaya, "moyşik"ə verməyin”

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib. İdarədən Avtosfer.az-a verilən məlumata görə, bir çox hallarda avtomobil sahibləri təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını da məntəqə işçilərinə verərək oranı tərk edirlər. Belə hallar isə bəzən həmin məntəqələrdə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan bir sıra insanlara sahibi yanında olmayan nəqliyyat vasitələrindən qanunsuz istifadə etmək fürsəti yaradır: “Müştərilərin etibarından sui-istifadə etməklə yanaşı, qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq onlara həvalə edilmiş avtomobili qaçıraraq idarə edən belə gənclər tərəfindən bir sıra hallarda insanların həlak olması, yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri törədilir. Bununla yanaşı, bəzən xidmət göstərməli olduqları nəqliyyat vasitələrindən oğurluq edən, onlardan öz əmlakı kimi istifadə edən şəxslərə də rast gəlinir. Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin”.
Namiq
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













