Yol polisi təşkil etdi, uşaqlar yol qaydalarından danışdı - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə sentyabrın 5-dən oktyabrın 5-dək davam edəcək “Diqqət, uşaqlar!” təhlükəszilik aylığı çərçivəsində görüləcək işlərə dair tədbirlər planını təsdiq edib. Plan çərçivəsində DYP əməkdaşları və müəllimlər karantin qaydalarına əməl etməklə görüş keçirərək uşaqlar arasında təbliğat işinin gücləndirilməsini müzakirə ediblər. Bundan başqa, orta məktəb şagirdləri arasında yol hərəkəti qaydalarının təbliğinin genişləndirilməsinin vacibliyi qeyd edilib, bu sahədə görüləcək işlərdən danışılıb.
Bakı şəhər DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, yol polisi uşaqların yol qəzalarından qorunması, qəzalarda uşaqların ölüm və xəsarət almasını azaltmaq üçün Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramından irəli gələn bütün məsələləri diqqətlə təhlil edərək icrasını həyata keçirir. Uşaqlar arasında maarifləndirmə işinin aparılması ən vacib məsələdir. Lakin bunun paralel digər təbliğat işləri də görülür ki, burada uşaqların da rolu az deyil. Uşaqların yol hərəkətinə dair bilik və bacarıqlarını əks etdirən videolar, foto və rəsm işləri ümidvericidir və gələcəkdə bu sahədə ciddi dönüşün olacağına inam yaradır.
Müzakirələr zamanı Votsapp qrupunda da təbliğat işinin davam etdirilməsi qərara alınıb, uşaqlar, müəllimlər və yol polisi əməkdaşları azyaşlıların yaradıcılığını müzakirə ediblər. Yaxın günlərdə fəal uşaqlar DYP tərəfindən mükafatlandırılacaqlar.
Elmin
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi


























