Yol polisi velosipedçilərə çağırış edib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) velosipedçilərə çağırış edib.
Bu barədə Avtosfer.az-a idarədən məlumat verilib.
Bildirilib ki, respublikanın və paytaxtın avtomobil yollarında velosipedçilər yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Onların avtomobil yolunun hərəkət hissəsində düzgün olmayan hərəkətləri təhlükə yaradır, qəza riskini artırır.
Həmçinin vurğulanıb ki, yollarda xüsusi velosiped zolaqları olmadıqda velosipedçilər yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir.
"Velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə yolun hərəkət hissəsində xaotik hərəkətlərdən çəkinməlidirlər. Diqqətə çatdırırıq ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarına ciddi riayət edilməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliklərinə məsuliyyətlə yanaşmalıdırlar. Qaydalara əməl etməyən velosipedçilər qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar", - məlumatda qeyd olunub.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













