Yol polisi yagmurlu hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ ETDİ

DİN Baş Dövlət Yol Polisi İdarəsi yağışlı havalarla bağlı sürücülərə və piyadalara müraciə edib. İdarədən Avtosfer.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların yağmurlu keçəcəyinə dair xəbərdarlıq edib. Odur ki, sürücülər və piyadalar da bunu nəzərə almalıdır. Artıq respublikanın bir sıra bölgəsində yağmurlu hava müşahidə olunur. Bunu nəzərə alaraq DYP sürücülərin diqqətinə çatdırır ki, yağışlı havada sürət rejiminə ciddi əməl etsinlər. Çünki yay aylarından asfalt üzərində yığılıb qalan toz qatı yağış sularının təsiri altında yapışqan və sürüşkən təbəqəyə çevrilir ki, bu da sürətli hərəkət zamanı nəqliyyat vasitəsinin sürüşməsinə, tormoz məsafəsinin uzanmasına gətirib çıxarır.
Yol polisi piyadaların da diqqətinə çatdırır ki, yağmurlu hava şəraitində yolun hərəkət hissəsinə qəflətən çıxmasınlar. Bu, ağır qəzalara səbəb ola bilər.
Yol polisi bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırır.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












