Yol polisi yeni dərs ili bağlı "Diqqət uşaqlar" aylığına START VERDİ
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlaması münasibətinlə yol hərəkəti iştirakçılarına müraciət edib. İdarənin şöbə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, ölkədə ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyini yüksək olma ehtimalı yaradır. “Təbii ki bu şəraitdə məktəblərin və yaxud məktəbə qədər müəssisələrdə təhsil alan məktəblilərin təhlükəsizliyini təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması bir vacib məsələ kimi qarşıda durur. Eyni zamanda bu günə qədər Daxili İşlər Nazirliyinin rəhbərliyinin və yerlərdə müvafiq qurumların bu sahəyə xüsusi diqqəti, qayğısı və tələbkarlığı nəticəsində nəqliyyat vasitələrinin sayının ilbəil artması fonunda ümumi yol nəqliyyat hadisələrinin, eləcə də qəzalarda ölən və yaralananların sayı azalıb. Təbi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 23 azyaşlının həlak olması, 75 nəfərin isə xəsarət alamsı çox ciddi narhatçılıq doğurub. Bu səbəbdən uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində proflaktik tədbirlərin gücləndirilməsi, habelə hazırkı dövrd koronavirus infeksiyası ilə əlaqələi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminə riayət etməklə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektinin yüksəldilməsi üçün dövlət yol polisi əməkdaşlarının iştirakı ilə yeni dərs ilinin başlanmasında sentyabr ayının 5-dən, oktyabr ayının 5-dək “Diqqət uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsi nəzərdə tutulub.
Hər il olduğu kimi, bu ildə ənənəvi bu tədbirin keçirilməsi söz yox ki, aylıq çərçivəsində xüsusilə azyaşlı uşaqların yol-qəza hadisələrindən həyat və sağlamlığının qorunamsı, eləcə də onlara yol hərəkəti haqqında qanundan biliklərin verilməsi, təhlüksəzilyin təmin edilməsi üçün qabaqlayıcı müvafiq tədbirlərin görülməsi zərurəti yaranıb. İlk növbədə hər bir yol polisi əməkdaşının xidmət etdiyi ərazidə azyaşlılarla baş vermiş yol qəza hadisələrini təhlili əsasında hadisələrin başvermə səbəbləri və şəraitlərinin aradan qaldırılması üçün konkret tədbirlər görülür. Eyni zamanda təhsil müəssisələrin yerləşdiyi ərazilər, və azyaşlı uşaqların toplaşdığı yerlər, onların hərəkət marşrutları, yol şəraiti müayinə olunaraq təhlükəsiz təşkil və eyni zamanda məktəbyanı əraizlərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün ərazidə çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, və yaxud nişanlanma xətlərinin çəkilməsi işləri də artıq həyata keçirilib. Eyni zamanda rayon təhsil şöbələrinə məktəb və məktəbə qədər müəssisə əməkdaşlarına müraciət edərək təhsil alan şagirdlərə yol hərəkəti qaydalarına dayır proflaktiki və tərbiyəvi təbliğat işlrəinin keçirilməsi xüsusi ilə ibtidai siniflərdə azyaşlılara yol hərəkəti qaydalarına dair biliklərin verilməsi üçün müraciət edilib. Yəni, bu sahə üzrə çalışanlar hər bir yol polisi əməkdaşına şərait yaratmalı və hazırkı dövrə uyğun görüşlərin keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi nəzərədə tutulub. Həmçinin uşaqlara küçə və yollarda təhlükəsiz davranış və vərdişlərin aşılanması məqsədilə təhsil müəssiələrinin rəhbərləri ilə razılaşdırma yolu ilə hər bir yol polisi əməkdaşının iştirakı ilə yol hərəkəti qaydaları üzrə açıq və virtual dərslərin keçirilməsi nəzərdə tutulub ki, bu da məktəb kollektivini belə bir tədbilərin keçirilməsi üçün şərait yaradılması deməkdir. Uşaqlarla bağlı yol nəqliyyat hadisəinin proflaktikası işində təhsil işçilərinin, həmçinin valideynlərin, eləcə də ictimai qurumların nümayəndələrinin olması və birgə təbliğatın aparılması müsbət nəticələrin əldə edilməsinə imkan verir.
Ümumiyyətlə keçiriləcək bu aylıq çərçivəsində məqsəd azayşlı uşaqlara yol hərəkət qaydalarını öyrətmək eləcə də onlar arasında keçirilən dərslərin keyfiyyətin səmərəliyini artırmaq və onlar arasında yol hərəkət qaydalarına dair bilik və bacarığı ilə seçilən azyaşlı uşaqların KİV-lər vasitəsilə müraciətlərini təmin etməkdir.
Hesab edirik ki, bu təhlükəsiz aylığının keçirilməsində azyaşlı uşaqların fəallığının artırılmasında evlərdə valideynlər, məktəbdə fəalığını artırmalı və yol polisi əməkdaşları tərəfindən keçirilən bu tədbirdə karantin dövrünün tələblərinə uyğun olaraq online və digər vasitələrlə görüşlərin keçirilməsi məqsədə müvafiqdir. Hesab edirik ki, hər il olduğu kimi bu ildə Bakı məktəbləri öz bilik və bacarığı ilə fərqlənəcək və keçiriləcək bu aylıq da ən yüksək göstəricilər əldə edəcəklər".
Emin