Yol polisi yeni dərs ili ilə bağlı tədbirlərə başladı - FOTO

Yeni dərs ilinin başlanması ilə əlaqədar baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi çərçivəsində keçirilən tədbirlərlə bağlı Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən profilaktiki işlərə başlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat vasitələrin sayının ilbəil artması fonunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması və azyaşlıların həyat və sağlamlıqlarının qorunması polisin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Biləsuvar RPŞ-nin dövlət yol polisi bölməsi və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin, məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















