Yol polisi yük maşınlarına problem yaratmır -DYP-dən açıqlama

Bu gün aktualinfo.org saytında yük maşınlarının sürücülərinin adından Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, eləcə də Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin ünvanına ağır ittihamlar səslənən yazı dərc olunub. Yazıda bildirilir ki, guya yük avtomobillərinin sürücüləri incidilir. Yazıda Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin ünvanına ağır ittihamlar səsləndirilir. Lakin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yazıda qeyd olunan məsələlərin heç biri həqiqəti əks etdirmir və həmin məlumatlar dəqiqləşməyib, araşdırılmadan yazılıb.
Bununla əlaqədar aidiyyəti üzrə müraciət ediləcək və həmin saytla bağlı araşdırma aparılması üçün Mətbuat Şurasına məlumat veriləcək. Bundan əlavə Vaqif Əsədov bildirib ki, Mərdan Əliyev Binəqədi Rayon Dövlət Yoll Polisi Şöbəsinə rəis təyin olunduqdan sonra həmin ərazidə hadisələrin sayı azalıb, iş göstəriciləri artıb. Eyni zamanda yük maşınları ilə bağlı hər hansı problem yoxdur. Çünki ötən ilin noyabrında yük avtomobillərinin sürücüləri müəyyən etirazlar səsləndirdiyi üçün onları baş nazirin müavini, eləcə də yol hərəkəti təhlükəsizliyi komissiyasının sədri Hacıbala Abutalıbov qəbul edib, onların narazılığına son qoyan addım atılıb. Belə ki, yük maşınlarının Bakı şəhəri ərazisində hərəkət troyektoriyasi müəyyən edilib.
Hansı saatlarında, hansı küçə və prospektlərində hərəkət etməli olduqları izah olunub, onlara xüsusi marşrut siyahısı verilib. Həmin marşrutlar üzrə qeyd olunan saatlarda hərəkət edən yük avtomobilləri ayrıca qayda pozuntusuna yol vermədikdə saxlanılmır. Bununla əlaqədar xüsusi göstəriş də var. Odur ki, qeyd olunan yazı qərəzlidir. Məqsəd Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin, həmçinin ümumilikdə Dövlət Yol Polisinin fəaliyyətinə kölgə salmaqdır. Düşünürəm ki, bu cür materialları yaymazdan əvvəl dəqiqləşdirmək lazımdır.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














