Yol polisindən "basdıracağam səni" məsələsinə münasibət

"Gəncə şəhər sakini Mehdi Əliyevin bəzi xəbər saytlarında Gəncə ŞBPİ-nin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları barədə iddiaları həqiqətə uyğun deyil və əslində yol polisi-sürücü münasibətlərinə aid sıradan bir hadisənin mahiyyətinin təhrif olunmasıdır."
Bunu Avtosfer.az-a DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov deyib. Onun sözlərinə görə, avqust ayının 19-da vətəndaş özünə məxsus 20-CR-669 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobildə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, sürücünün idarə etdiyi avtomobilin texniki baxış müddəti bitib. Təbii ki, yol polisinin əməkdaşları tərəfindən bu fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilib, sürücü M. Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunub. Bununla razılaşmayan sürücü polis əməkdaşına qarşı aqressiv münasibət göstərərək, onun barəsində nalayiq ifadələr işlətməklə xidməti vəzivəsini yerinə yetirməyə maneə törətməyə cəhd göstərib. Sürücünün qeyri-adekvat hərəkətlərini davam etdirdiyini görən yol polisi əməkdaşı hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşlarını dəvət edərək M. Əliyevi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin bölməsinə aparıb. Orada vətəndaşın izahatı alındıqdan sonra İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) barəsində protokol tərtib olunaraq cərimə tənbeh növü tətbiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












