Yol polisindən cərimələrdən yığılan pullarla bağlı açıqlama - Yanaşma düzgün deyil

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi internet portallardan birində “DYP cərimələməkdən doymur – 85 milyonu keçdi…” başlıqlı məqaləyə münasibət bildirib. İdarədən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, həmin yazıda Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edilərək Azərbaycanda maşını olanların 1.712.000 dəfə cərimələndiyi, yəni 2018-ci ildə ölkədə az qala maşın sürən hər kəsin cərimə ödədiyi bildirilib: “Lakin məqalə müəllifi nədənsə bu cərimə məbləğinin qarşılığında neçə insan həyatının xilas olunması, əhalinin sağlamlığına, əmlakına dəyən zərərin qarşısının alınması kimi daha vacib məsələlərə toxunmayıb. Görünür son vaxtlar yol hərəkəti sahəsi daha aktual, oxuculara daha çox maraqlı olduğundan hər kəs mütəxəssislərlə, heç olmazsa bu sahənin müstəqil ekspertləri ilə məsləhətləşmədən sensasiya yaratmaq niyyəti ilə belə məqalələr yazırlar.
Məlumat üçün bildirək ki, bəli, həqiqətən də 2018-ci ərzində 3.409.698 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edilib və bunların 65%-i, yəni 2,2 milyondan çoxu YPX əməkdaşının bilavasitə iştirakı olmadan, xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Sözsüz ki, bu qədər qayda pozuntularına yol verilmə hallarının mövcudluğu yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət orqani kimi DİN-in Baş DYP İdarəsi olaraq bizi də narahat edir, lakin nəzərə almaq lazımdır ki, bu aşkarlamanın hesabına respublikada ilbəil nəqliyyat vasitələri sayının artmasına baxmayaraq yol-nəqliyyat hadisələrinin, qazada ölən və yaralananların sayı azalır.
O ki qaldı hər sürücü başına hesablanan cərimə məbləğinə, bu yanaşmanın özü düzgün deyil. Çünki elə intizamsız sürücü var ki, hər il dəfələrlə qayda pozuntusuna yol verib bir neçə dəfə qəza törədir, elə sürücü də var ki, mütəmadi avtomobil idarə etməsinə baxmayaraq bir dəfə də olsun yol hərəkəti qaydasını pozmur və cərimə ödəmək məcburiyyətində qalmır. Yəni cərimə gündəlik tələbat məhsulu deyil ki, hər kəs onu ödəmək məcburiyyətində olsun. Cərimə inzibati tənbeh növlərindən biri olaraq məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır”.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












