Yol polisindən hərəkət iştirakçılarına vacib xəbərdarlıq

Bildiyimiz kimi noyabrın 10-da rəşadətli Azərbaycan Ordusu işğalda olan torpaqlarımız üzərində tarixi qələbə çaldı. Xalq olaraq hər birimiz bu qələbəyə sevinirik və bu tarixi hadisənin şahidi olduğumuz üçün qürur duyuruq. Lakin bu sevincimizi bir-birimizlə müəyyən çərçivə daxilində paylaşmalıyıq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, qələbə sevincini bölüşən vətəndaşlar öz şəxsi avtomobilləri ilə yol hərəkəti qaydasını pozaraq qarşı hərəkət zolağına çıxması, nəqliyyat axınına qarşı hərəkət etməsi, lüzumsuz səs siqnallarının verilməsi, ümumiyyətlə yol hərəkəti qaydalarını pozaraq digər hərəkət iştirakçılarının hərəkətinə təhlükə yaratması faktları tərəfimizdən aşkar edilmişdir və bu, ciddi narahatlıq doğurur.
Bununla yanaşı qeyd etmək istəyirəm ki, ölkə ərazisində hərbi vəziyyətlə əlaqədar olaraq tətbiq edilən komendant saatı və xüsusi karantin rejimi qaydaları gecə saatlarından başlayaraq ciddi şəkildə pozulur.
Hal hazırda mövcud vəziyyətlə əlaqədar olaraq hazırda paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən tam nəzarətə götürməklə xidmətin təşkili davam etdirilir.
Odur ki, sürücülərdən və digər hərəkət iştirakçılarından tələb edirik ki, hərbi vəziyyətlə bağlı tətbiq edilən komendant saatı və pandemiya ilə bağlı tətbiq edilən xüsusi karantin qaydalarına və bununla yanaşı yol hərəkəti qaydalarına da ciddi şəkildə əməl etsinlər.
Deyilənlərə əməl edilmədiyi halda polis əməkdaşları tərəfindən məsuliyyət tədbirləri həyata keçiriləcəkdir.
Təbriz
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












