Yol polisindən sürücülərə yağışlı hava ilə bağlı MÜRACİƏT - FOTO

Hazırkı hava şəraitini nəzərə alaraq havaların yağışlı və çiskinli olması, paytaxtın bəzi küçə və prospektlərində gölməçələrin yaranmasına səbəb olub. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına artıq məlumat verilib. Bununla yanaşı həmin ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətini təşkil edilməsi üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən gücləndirilimiş iş rejimində xidmət təşkil edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətdə bildirilir. Qeyd olunur ki, yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çox olduğundan bu da yol-nəqliyyat hadisəsinin baş verməsini qaçılmaz edir. Bu baxımdan avtomobil sürücülərindən xahiş edirik ki, digər günlərə nisbətən daha diqqətli olsunlar, sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar.
Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, avtomobilin şüşəsilənlərini, təkərlərin mövsümi şəraitə uyğun təmin edilməsini və işıq cihazlarının saz vəziyyətdə olmasına eləcədə nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etməlidirlər.
Sürücülərin avtomobil yollarında yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalı olduqlarını da unutmamalıdırlar.
Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Ona görə də sürücülər diqqətli olmalıdırlar.
Piyadalar isə belə hava şəraitində ancaq səki ilə hərəkət etməli, avtomobil yollarına çıxmamalıdırlar”
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da problemlərin aradan qaldırılmasında yaxından iştirak edir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















