Yol polisindən toy karvanları ilə bağlı yenilik - FOTO

Toy karvanlarında iştirak edən avtomobil sürücülərinin bir çox hallarda yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları olduqca narahatçılıq yaradan haldır. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi növbəti maarifləndirmə və təbliğat tədbiri həyata keçirir. Avtosfer.az xəbər verir ki, bu dəfə yol hərəkəti təhlükəsizliyi ilə bağlı görüşlər avtomobillərin icarəyə verildiyi yerlərdə keçirilib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və baş inspektor, polis polkovnik-leytenantı İsa Deystani müxtəlif ərazilərdə yerləşən avtomobil icarəyə verilən yerlərdə görüşlər keçiriblər.
Görüş zamanı yol polisi əməkdaşları təbliğat işlərilə yanaşı, həmin yerlərdə çalışan əməkdaşlara və toy mərasimi üçün avtomobilləri götürən sürücülərə BDYPİ tərəfindən hazırlanmış bukletlər təqdim olunub. Bukletlərdə olan tövsiyyələrin əsas mahiyyəti, toy mərasimi üçün avtomobilləri icarəyə verərkən, sürücülərlə profilaktik söhbətlər aparılmalı, xəbərdarlıq olunmalıdır ki sürücülər toy karvanı zamanı yol hərəkəti qaydalarına əməl etsinlər. Eyni zamanda sürücülər hərəkət zamanı yol hərəkəti iştirakçılarına maneə yaratmamaq və optimal sürət seçməklə otmə, manevr qaydalarına əməl edərək avtomobillərin hərəkəti zamanı yalnız bir zolaq üzrə sağ tərəfdə idarə etmək tövsiyə olunur.
Maraqla qarşılanan bu tədbirə görə yol polisinə təşəkkür bildirilib, qeyd olunan tövsiyyələrin vacib hesab olunduğu qeyd edilib.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














