Yol polisinin üzərinə avtomobil sürən sürücü 1500 manat cərimələndi - FOTO

Türkiyədə yol polisinin üzərinə avtomobil sürən sürücü ilə atası cərimələnib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Ağsaray şəhərində baş verib.
Məlumata görə, yol polis əməkdaşı, avtomobilini düzgün park etməyən sürücü 20 yaşlı Ardahan A.-ya xəbərdarlıq edib. Buna etiraz edən sürücü polislə mübahisə edib.
Polis əməkdaşının ikinici xəbərdarlığından sonra, sürücünün atası Mustafa A. da gələrək mübahisəyə qoşulub. Yol polisinin hadisə yerinə əlavə qüvvə cəlb olunması çağrışından sonra isə mübahisə daha da böyüyüb və bu zaman Ardahan A. avtomobilini yol polisinin üzərinə sürüb. Hadisə yerinə gələn əlavə polis əməkdaşları sürücü ilə atasını saxlayıb. Yol polisi onu təhqir edən hər iki şəxs haqqında şikayətçi olub.
Polis bölməsində ifadələri alınan ata-bala , “Saxla əmrinə tabe olmama”, “Düzgün park etməmə” maddələri ilə protokol tərtib edilərək 28 min lirə (təxminən 1500 AZN) cərimələndikdən sonra sərbəst buraxılıblar.
Namiq Musayev



On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












