Yol polisləri 244 nömrəli orta məktəbdə maarifləndirici tədbir keçirdi - FOTO

Bu gün Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə 244 nömrəli orta məktəbdə şagirdlər, məktəb kollektivi və valideynlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Şöbənin əməkdaşları bildiriblər ki, qarşıda duran əsas məqsədlərdən biri yol nəqliyyat hadisələri zamanı uşaqların zərər çəkməsini minimuma endirmək və azyaşlıları qəzalardan qorumaqdır. Son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.
Çıxış edənlər həmçinin diqqətə çatdırıblar ki, uşaqlar arasında piyada keçidlərindən istifadənin vacibliyi və yol hərəkəti qaydalarına düzgün riayət olunması geniş şəkildə təbliğ edilməlidir. Tədbir zamanı məktəblilər tərəfindən yol hərəkəti qaydalarından bəhs edən səhnəciklər nümayiş etdirilib və aktiv iştirak edən şagirdlərə yol polislərinin hazırladıqları hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu artıq Binəqədi rayonu ərazisində yol polisləri tərəfindən keçirilən 33-cü belə maarifləndirici tədbirdir. Dərs ilinin sonuna qədər digər məktəblərdə də analoji tədbirlərin keçirilməsi planlaşdırılır.
Namiq


Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

































