Yol polisləri yolda vəziyyəti pisləşən qadının həyatını belə xilas etdi - VİDEO

Baş Dövlət Yol polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının ərazisində xidmət aparan yol polisləri qadının həyatını xilas edib. Avtosfer.az xəbər verir ki, tağımın əməkdaşları Anar Alışov və Asif Əzimov xidmət aparan zaman yol kənarında dayanmış "Qazel" markalı mikroavtobusun sürücüsü Zəka Kəlbizadə onlara əl edərək saxlamalarını istəyir. YPX əməkdaşları avtomobili saxlayıb nə baş verdiyi ilə maraqlanırlar.
Məlum olur ki, sərnişinlərdən biri Biləsuvar rayonu Xırmandalı kənd sakini Günel Abbaslının vəziyyəti pisləşib. YPX əməkdaşları dərhal qadını patrul avtomobilinə qoyaraq Cəlilabad rayon xəstəxanasına çatdmaq istəyiblər. Lakin yolda qadının vəziyyətinin daha da pisləşdiyini görən yol polisləri Alar kəndindəki tibb məntəqəsinə dönüblər. Orada qadına ilkin tibbi yardım göstərildikdən sonra yol polisləri yenidən patrul avtomobili ilə qadını Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra qadının həyatı riski aradan qalxıb.
Qeyd edək ki, hadisələr patrul avtomobilində olan kamera vasitəsiyə qeydə alınıb. Görüntüləri təqdim edirik:
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












