“Yol təhlükəsizliyi” mövzusunda regional seminar keçirilib - FOTO

Cari ilin 3-4 oktyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə “Yol təhlükəsizliyi” mövzusunda regional seminar keçirilib.
Seminarda region ölkələrinin, UNESCAP katibliyinin, ABŞ və Yaponiya ekspertləri, o cümlədən DİN BDYPİ-nin əməkdaşları da iştirak edib. Seminarın əsas məqsədi yollarda baş verən yol nəqliyyat hadisələrinin səbəblərini araşdırmaq və həlli yollarının tapılmasının müzakirəsi idi. Çıxış edənlər öz ölkələrində baş vermiş yol nəqliyyat hadisələrinin statistik göstəricilərini, daha çox baş vermə səbəblərini və həlli istiqamətində hansı işlər görüldüyünü göstərən prezentasiyalar təqdim etmiş və bu çıxışlar ətrafında geniş müzakirələr aparılıb.
Seminarın ikinci günündə ölkəmizə gələn nümayəndələr BDYPİ-nin təşkilatçılığı ilə Azərbaycanda DYP xidmətinin fəaliyyəti ilə yaxından tanış olmaları üçün DYP stasionar postuna aparılmış, orada YPX tərəfindən görülən işlər əyani göstərilib. Daha sonra Bakı şəhər BPİ-nin DYP İdarəsinin yol hərəkətinin idarəetmə şöbəsində kameralar vasitəsilə nəqliyyatın anbaan izlənilməsi, baş vermiş yol nəqliyyat hadisələrinə dərhal reaksiya verilməsi və qeydə alınmış qayda pozuntularının mərkəzi informasiya sisteminə inteqrasiya olunması göstərilib.
Azərbaycanda DYP-i üçün yaradılmış şərait, vətəndaşlara göstərilən xidmət səviyyəsi, patrul avtomobillərində yüksək texniki avadanlıqlarla təchiz olunması qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















