Yoldan tapdığı pul qabını sahibinə qaytardı: İtirən və tapan şəxslər DYP-də görüşdü - FOTO - VİDEO

Şənbə günü Bakıdakı velosiped məktəblərinin birinin müəllimi olan Fuad bəy Avtosfer.az saytına müraciət edərək şagidlərinin pul kisəsi tapdığını və bunun sahibinə qaytarılmasında vasitəsi olmağı xahiş edib. Daxili İşlər Nazirliyi yanında İctima Şuranın üzvü, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyevə müraciət edib.
Pul kisəsinin içərisində olan sürücülük vəsiqəsi vasitəsilə itirilmiş əşyanın sahibi tapılıb. Onların hər ikisi yol polisinə dəvət edilib. BDYPİ-də baş tutuan görüş zamanı pul kisəsi onu itirən xanıma qaytarılıb. Həyat yoldaşı ilə İdarəyə gələn xanım itmiş əşyanı tapan şəxsə, o cümlədən operativ reaksiyaya görə DYP rəhbərliyinə və Avtosfer.az saytına təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu cür hadisələr digərləri üçün də bir nümunə olmalı və xalqımızın belə nəcib adət-ənənəsi qorunub saxlanmalıdır.
Sonda isə İdarə tərəfindən Fuad müəllimə nümunəvi hərəkətinə görə müxtəlif hədiyyələr təqdim olunub.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














