YPX əməkdaşı kobud qayda pozuntusuna yol verdi - VİDEO

Dövlət Yol Polisinin (DYP) Yol Patrul Xidməti (YPX) avtomobilninin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb.
Avtosfer.az-ın məlumatına görə, videoda YPX avtomobilinin yolun sağ zolağı boş olduğu halda, sol zolağı ilə asta sürətlə hərəkət etdiyi müşahidə olunur.
Yol hərəkəti qaydalarını pozan YPX əməkdaşı arxadan gələn avtomobillərə sağdan ötüb keçmələri üçün əli ilə işarə də verir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov “Report”a açıqlamasında deyib ki, YPX əməkdaşı bu hərəkəti ilə həm yol hərəkəti qaydalarını, həm də “Yol-patrul xidməti” haqqında Təlimatın tələblərini pozur:
“Təlimatın tələbinə görə, yol patrul xidməti bütün hərəkət iştirakçıları üçün təhlükəsiz şəraitdə aparılmalıdır. Yəni YPX təhlükəsizliyi təmin etməlidir, nəinki təhlükə yaratmalıdır. Təlimatda qeyd edilir ki, YPX əməkdaşı gecə və gündüz olmasından asılı olmayaraq, nəqliyyat vasitələri axınında hərəkət edərkən yol hərəkəti qayda pozuntularının qarşısının alınması məqsədilə qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməlidir”.
Ə.Hüseynov əlavə edir ki, YPX avtomobili “Yol Hərəkəti haqqında” Qanunun 49-cu maddəsinin tələblərini də pozub:
“Bu maddəyə görə, sağ zolaq boş olduğu halda, avtomobil sol zolaqla hərəkət etməsi qadağandır. Əgər bu hal, hansısa zərurətdən irəli gəlirsə, o halda, YPX avtomobili işıq və səs siqnallarından istifadə etməlidir”.
Ekspert bildirib ki, qanunazidd əməlinə görə, YPX əməkdaşına həm adi sürücü inzibati qaydada cərimə yazıla, həm də “Yol-patrul xidməti” haqqında Təlimatın tələblərini pozduğuna görə intizam məsuliyyətinə cəlb oluna bilər.
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Zəngilan polisləri peşə bayramını belə qeyd etdi; mükafatlar verildi - FOTOLAR
Mağazadan pul və tütün məmulatları oğurlayan şəxs SAXLANILDI - VİDEO
Xidmətdə fərqlənən yol polisləri mükafatlandırıldı – Avtosfer.az-dan VİDEO
108 ildir insanların və gələcəyin keşiyində... - VİDEO
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Azərbaycan polisi ən çətin anlarda belə peşəkar xidmət aparır - Elməddin Muradlı
Vilayət Eyvazovdan polislərə TAPŞIRIQ: Şikayətləri obyektiv araşdırın - FOTOLAR - VİDEO










