YPX əməkdaşları Xocalı faciəsinin qurbanlarını anıb - Bərdədə - FOTO

Bərdə Dövlət Yol Patrul Xidməti (YPX) alayının əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsini anıb. Avtosfer.az-ın məlumatına görə, bu gün Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 13-ci tağımının əməkdaşlarının, şəhid ailələrinin və digər qonaqların iştirakı ilə postun inzibati binasında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Tərtər rayonunda yerləşən xatirə kompleksini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Xocalıda şəhid olan həmyerlilərimizin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam düşmənin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıda törətdiyi qanlı hadisələrdən danışıblar. Bu faciənin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyi vurğulanıb və bunun bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğu diqqətə çatdırılıb.
Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyi vurğulanıb.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

























