Yükü normadan artıq vuranlar və qablaşdırmayanlar qəzaya səbəb olur - DYP-dən XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Son günlər yükdaşıma fəaliyyəti göstərən sürücülər tərəfindən daşınan yüklərin ölçü parametrlərinə əhəmiyyət verilməməsi, xüsusilə qablaşdırılmanın düzgün aparılmaması səbəbindən baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir.
Xatırladaq ki, yüklərin bu şəkildə daşınması hərəkət zamanı nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə bilavasitə təsir göstərir ki, bu da yükün yola dağılması, habelə avtomobilin özünün aşması ehtimalını dəfələrlə artırır.
Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir, bununla yanaşı sadalanan qayda pozuntularının qanunla nəzərdə tutulmuş məsuliyyət yaratdığını və bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır".
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












