Azərbaycanda "Audi" maşınlarına qarşı iş qaldırıldı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Audi" markalı avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib. Bu barədə Avtosfer.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Belə ki, həmin reklamlarda "Audi" markasının digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Audi hər zaman öndə", "Audi Q7 liderlik üçün yaradılıb", "Audi Q3 seqmentinin yeni etalonu" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub. Bununla əlaqədar "Audi" avtomobillərinin satışını həyata keçirən "Europen Cars" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Araşdırmalar davam etdirilir.
Emin
Qızıl alarkən aldadılmamaq üçün bunları etmək mütləqdir - MÜTƏXƏSSİSDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ - FOTO
Zəmanətli məhsullarla bağlı qaydalar necə tənzimlənməlidir? – MÜTƏXƏSİSSLƏRDƏN AÇIQLAMA - FOTO
Avtomobil satışında lider şirkət – 4 ildir birincidir
Bakıda bu maşın 12 min manata satılır - FOTO
Tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılır
“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...
Çoban robot da yaratdılar
Bakıda 460 min manatlıq “Lamborghini” satıldı
Maşın bazarında son vəziyyət; 10 minlik maşınlar 6 minə düşüb - FOTO
Təcili satılır
“Priora” cəmi 7 min manata?











