Bakıda iki piyada vuruldu, sürücülər qaçdı

Ötən gecə Bakının Nizami rayonunda iki piyada vurulub. APA TV-nin məlumatına görə, yaralılardan birinin vəziyyəti xüsusilə ağırdır. İlk hadisə Çobanzadə küçəsində baş verib. 61 yaşlı Əli İsgəndər oğlu Mahmudov yolu keçmək istəyərkən naməlum avtomobillə vurulub. Hadisəni törədən sürücü yaşlı kişini yaralı vəziyyətdə qoyaraq, hadisə yerini tərk edib. Əli Mahmudov təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Dərhal əməliyyat olunan yaralının həyati təhlükəsi aradan qaldırılıb. O, artıq palataya köçürülüb, müalicəsi davam etdirilir.
Digər hadisə isə metronun "Neftçilər" stansiyasının yaxınlığında qeydə alınıb. Təcili tibbi yardım stansiyasına avtomobillə vurulmuş piyadanın vəziyyətinin ağır olması ilə bağlı çağırış daxil olub. Təcili tibbi yardım briqadası hələlik şəxsiyyətini dəqiqləşdirməyin mümkün olmadığı yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Əməliyyat olunan yaralının vəziyyəti ağırdır, həyati təhlükəsi qalır. Hər iki faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Qızıl alarkən aldadılmamaq üçün bunları etmək mütləqdir - MÜTƏXƏSSİSDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ - FOTO
Zəmanətli məhsullarla bağlı qaydalar necə tənzimlənməlidir? – MÜTƏXƏSİSSLƏRDƏN AÇIQLAMA - FOTO
Avtomobil satışında lider şirkət – 4 ildir birincidir
Bakıda bu maşın 12 min manata satılır - FOTO
Tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılır
“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...
Çoban robot da yaratdılar
Bakıda 460 min manatlıq “Lamborghini” satıldı
Maşın bazarında son vəziyyət; 10 minlik maşınlar 6 minə düşüb - FOTO
Təcili satılır
“Priora” cəmi 7 min manata?











