«Rolls-Royce»dan yeni "Coupe” avtomobili - FOTO

Xüsusi sifarişlə yeganə nüsxədə istehsal olunmuş yeni “Rolls-Royce Maharaja Phantom Drophead Coupe” avtomobil modelinin təqdimatı Dubay salonuna gəlişi münasibəti ilə təşkil edilmiş Hindistan mövzulu gecədə keçirilib. Hindistanın “Qızıl əsr”inə həsr olunmuş bu möhtəşəm model “Rolls-Royce” şirkəti ilə Hindistan arasında mövcud olan əlaqələrin şərəfinə hazırlanıb. Yüz il əvvəl Hindistan şahzadələri və maharacaları özləri üçün “Rolls-Royce” avtomobillərini sifariş etməyə başlamış və bu münasibət hazırda bir avtomobil şirkəti ilə ola biləcək ən davamlı iş birliyi kimi dəyərləndirilir. Son əlli il ərzində maharacalar dizayn, mühəndislik və lyuksun bənzərsizliyini əks etdirən 840 unikal “Rolls-Royce” avtomobili əldə ediblər. İndi isə “Rolls-Royce Motor Cars” şirkəti Hindistanın avtomobil sahəsinin qızıl çağını maharacaların avtomobillərindən ilhamlanaraq hazırladığı yeni model ilə canlandırır.
Yeni “Rolls-Royce Maharaja Phantom Drophead Coupe” modelini fərqləndirən cəhətləri – zümrüd rəngli yan xətlər ilə tamamlanan parıltılı ağ rəng və Hindistanın qədim rəmzi sayılan tovuz quşunun emblemidir. Salonun dizaynında açıq krem rəngli dəri, ağac və yaşıl çərçivələrdən istifadə olunub. Tovuz quşu emblemi eləcə də oturacaqların baş hissəsində yer alıb. Dizaynı mavi elementlərdə əks olunan və üzərində tovuz quşu şəkili olan saat tamamlayır. Üstü açılan bu modelin texniki göstəricilərində dəyişiklik yoxdur. Avtomobil həcmi 6,75 litr (460 at gücü) olan 12-silindirli mühərriklə və 8-pilləli avtomatik sürətötürücü qutu ilə təchiz olunub. “Maharaja Phantom Drophead Coupe” modeli “Rolls-Royce” avtomibillərinin zirvəsi hesab edilir. O, dünyanın ən yaxşı avtomobilini istehsal etmək niyyəti ilə yaradılıb və kompromis qəbul etməyən nəqliyyat vasitəsi kimi dizayn olunub. “Bespoke” proqramı vasitəsilə sifarişçi üçün fərdiləşdirmə xüsusiyyətini nəzərə alınsa, nəticədə əldə olunan avtomobil özündə müasir lyuks motorun interpretasiyası və elitanın bir nömrəli seçimini əks etdirir.
Qızıl alarkən aldadılmamaq üçün bunları etmək mütləqdir - MÜTƏXƏSSİSDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ - FOTO
Zəmanətli məhsullarla bağlı qaydalar necə tənzimlənməlidir? – MÜTƏXƏSİSSLƏRDƏN AÇIQLAMA - FOTO
Avtomobil satışında lider şirkət – 4 ildir birincidir
Bakıda bu maşın 12 min manata satılır - FOTO
Tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılır
“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...
Çoban robot da yaratdılar
Bakıda 460 min manatlıq “Lamborghini” satıldı
Maşın bazarında son vəziyyət; 10 minlik maşınlar 6 minə düşüb - FOTO
Təcili satılır
“Priora” cəmi 7 min manata?














