2 gündə 33 dəfə radara düşən qızın unutduğu məqam

Qəribə hadisə fransalı qızın başına gəlib.
Avtosfer.az xəbər verir ki, sürücülük vəsiqəsini təzə almış qız dostlarının birindən radarların yerini öyrənir və bizim rayona işləyən sürücülərimiz kimi davranır. Yəni, radara çatdıqda sürəti azaldır, sonra isə tam qazla gedir. Hər gün yaşadığı Bezanson şəhərindən yaxınlıqdakı Müluz şəhərinə gedib-gələn qız radara düşməməsi ilə fəxr edir. Lakin o, bir məqamı unutmuşdu.
3 gün sonra evinə gələn məktublar qızı təəccübləndirir. Məlum olub ki, o, 2 gündə 33 dəfə radara düşüb. Axı o heç bir radarın yanından sürətlə keçməyib!
Qızın unutduğu məqam bu idi: yol üstündə olanlar adi sürətölçmə radarı deyil, orta sürət radarları imiş. Bu radarlar üçün başlanğıc sürətin heç bir əhəmiyyəti yoxdur. Onlar vaxtı ölçərək orta sürəti çıxarır. Bu xüsusiyyəti bilməmək gənc qıza 2500 avroya başa gəldi.
Görəsən bizə belə radarlar quraşdırılsa hansı nəticə olar?
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












