2023-cü ilin etibarlı avtomobilləri - ARAŞDIRMA - SİYAHI

Avtomobil istehsal edən bir çox şirkət var. Davamlı olaraq bir-biri ilə rəqabətdə olan bu markalar daim istehlakçı məmnuniyyətini artırmağa çalışır. Təbii ki, bu, etibarlılıq səviyyələrinin müəyyən edilməsində mühüm rol oynayır.
Avtosfer.az xəbər verir ki, 2023-cü ilin ən etibarlı avtomobil istehsalçılarının adları açıqlanıb.
“Consumer Reports” tərəfindən hazırlanan bu sıralama 2000-2023-cü illər arasında nəqliyyat vasitəsi sahiblərinin şikayətlərini dinləməklə yaradılıb. Bu çərçivədə etibarlılıq sıralamasını təyin etmək üçün 330 mindən çox vasitədən əldə edilən məlumatlar istifadə olunub.
“Lexus” ən etibarlı avtomobil markaları siyahısında birinci yerdə qərarlaşıb. Yaponiyanın “Toyota” şirkəti tərəfindən qurulan bu markanın etibarlılıq nisbəti 79 faizdir. İkinci sırada olan “Toyota” şirkəti 76 faiz etibarlı olduğu açıqlanıb. Maraqlıdır ki, bu şirkətin sub-brendi özündən daha yüksək etibarlılıq balına sahibdir.
“Mini” və “Acura” siyahıda müvafiq olaraq üçüncü və dördüncü yerləri tutublar. Siyahıda görünür ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 48 faiz etibarlılığa malikdir. Məlumatlara görə, elektrik avtomobilləri benzinlə işləyən avtomobillərə nisbətən daha az güvənilirdir. Bu vəziyyətin yaxın illərdə dəyişəcəyi təxmin edilir.
Ən etibarlı avtomobil markaları aşağıdakı kimi sıralanıb:
Brend Etibarlılıq dərəcəsi (%)
1 “Lexus” 79 faiz
2 “Toyota” 76 faiz
3 “Mini” 71 faiz
4 “Acura” 70 faiz
5 “Honda” 70 faiz
6 “Subaru” 69 faiz
7 “Mazda” 67 faiz
8 “Porsche” 66 faiz
9 “BMW” 64 faiz
10 “Kia” 61 faiz
11 “Hyundai” 56 faiz
12 “Buick” 55 faiz
13 “İnfiniti” 53 faiz
14 “Tesla” 48 faiz
15 “Ram” 46 faiz
16 “Cadillac” 45 faiz
17 “Nissan” 45 faiz
18 “Genesis” 44 faiz
19 “Audi” 43 faiz
20 “Chevrolet” 43 faiz
21 “Dodge” 42 faiz
22 “Ford” 40 faiz
23 “Lincoln” 38 faiz
24 “GMC” 36 faiz
25 “Volvo” 28 faiz
26 “Jeep” 26 faiz
27 “Volkswagen” 26 faiz
28 “Rivian” 24 faiz
29 “Mercedes-Benz” 23 faiz
30 “Chrysler” 18 faiz
Məhəbbət Tərlanoğlu
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










