2024-cü ilin ən yaxşı qadın avtomobili seçildi

2024-cü ilin qadınlar üçün ən yaxşı avtomobili seçilib.
Avtosfer.az xəbər verir ki, bu dəfə qadın sürücülərin rəğbətini elektromobil - yeddi nəfərlik “Kia EV9” qazanıb.
“Qadınların Ümumdünya Avtomobili” (WWCOTY) müsabiqəsinin münsiflər heyətində yer alan avtomobil mütəxəssisləri Cənubi Koreya krossoverini geniş salona, təsirli aerodinamikaya, təkmil dizayna və sürətli enerji doldurmağa görə yüksək dəyərləndiriblər. Sözügedən avtomobili 240 kilometr məsafəyə qədər enerji təchizatını doldurmaq üçün təxminən 15 dəqiqə kifayətdir.
“Kia EV9” elektromobili dünyanın ən yaxşı “qadın avtomobili” kimi 52 ölkədən 75 qadın mütəxəssis tərəfindən seçilib. Onun rəqibləri isə “Volvo EX30” (Ən yaxşı ailə avtomobili), “BMW 5-Series” (böyük avtomobil), “Volkswagen Amarok” (tam ötürücülü), “Aston Martin DB12” (eksklüziv avtomobil) titullarını qazanıb.


Lent.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












