2035-ci ildən sonra benzin və dizel avtomobillərinin satışı qadağan ediləcək

Avropa Parlamentinin (AP) Komitəsi 2035-ci ildən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını qadağan edən qanun layihəsini dəstəkləyib.
Avtosfer.az xəbər verir ki, Brüsseldə keçirilən toplantıda Avropa Parlamentinin Ətraf Mühit Komitəsi Avropa Yaşıl Sazişinin bir hissəsi olan və 2030-cu ilə qədər emissiyaları ən azı 55 faiz azaltmağı hədəfləyən “55-ə uyğun” paketini müzakirə edib.
Komitə üzvü deputatlar müxtəlif avtomobillər üçün yeni karbon emissiya standartlarını müəyyən edən reqlamentlə bağlı mövqeyini 46 “hə”, 40 “xeyr” və 2 “bitərəf” səsi ilə qəbul ediblər.
Buna uyğun olaraq, 2035-ci ildən etibarən satılacaq yeni avtomobillər və yüngül ticari avtomobillər sıfır emissiyaya malik olacaq.
Belə ki, sözügedən tarixdən etibarən yeni benzin və ya dizel mühərrikli avtomobillər Avropa Birliyi (AB) ölkələrində satıla bilməyəcək.
"Unikal"
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












