Reklam

500 min km yol getmiş "Prius"un mühərriki açıldı - Görüntülər ŞOKASALDI - VİDEO

Avtodünya 28 Dekabr 2023 14:51 Oxunub 7010
500 min km yol getmiş "Prius"un mühərriki açıldı - Görüntülər ŞOKASALDI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə Prius avtomobillərinin çox da yaxşı reputasiyası olmadığı hər kəsə məlumdur. Hətta taksi sifariş edən sərnişinlər bəzən aqreqatordan Prius göndərməməyi tələb edirlər. Əslində sərnişinlərə haqq vermək olar: Bakıda taksi xidməti göstərən Priusların elə xarici görünüşü çox şey deyir. Tüstüləməyən maşını barmaqla saymaq olar. Salonda isə daha bərbad mənzərədir: arxa oturacaqda əyləşdikdə dəm qazı insanı boğur, asqı sistemi dağılıb, qapılardan külək keçir. Bəs görəsən başqa ölkələrdə vəziyyət necədir?

Bir haşiyə çıxım ki, bizim yapon istehsalçı ilə heç bir qərəzimiz yoxdur, məqsədimiz müqayisəli təhlildir. 

Toyotanın taksi kimi ən çox işlədildiyi qitə Afrikadır. Qara qitədə əsasən Corolla və Yaris modelləri daha geniş yayılıb. Bu ölkələrə bir qayda olaraq Avropada azı 10 il istismar olunmuş Toyotalar daşınır və maşınlar burdakı dözülməz yol şəraitində işləyir. Şəxsən özümün getdiyim Afrika ölkələrində bütün sürücülər yapon markasından razı qalıblar. 

Təxminən 10 il əvvəl Avropada həmsöhbət olduğum taksi sürücüsü bildirdi ki, Priusu 220 000 km istismar etsə də, heç bir detal dəyişməyib, hətta tormoz qəlibi belə! Həmsöhbətim bildirdi ki, düzgün qulluq zamanı Toyotanın mühərriki əbədidir. 

Bu günlərdə qarşıma çıxan bir videoda 500 min km qət etmiş Prius mühərrikindən bəhs edilir. Müəllif qeyd edir ki, mühərrik saz vəziyyətdə olub. Onu sökməkdə məqsəd texnikanın vəziyyətini öyrənmək olub. Bütün detallar söküldükdə məlum olur ki, mühərrikin daxili hissəsində pas və mazut toplanmayıb. Kanallar təmizdir, detallarda ciddi aşınma yoxdur. Bir sözlə, rezin hissələri çıxmaq şərti ilə bütün detalları təkrar yerinə yığıb istifadə etmək mümkündür.   

Qayıdaq özümüzə: Bizdəki Priusların Afrikadakılara bənzəməsini ilk növbədə insan amili ilə izah etmək mümkündür. Gündəlik planı çıxarıb ailəsi üçün 5-10 manat pul aparmağa çalışan sürücü icarəyə götürdüyü maşının nazı ilə oynamayacaq. Aşağı oktanlı benzin, qeyri-standart yağ, antifriz əvəzinə su ilə işləməyə məcbur edilən, həftələrlə texniki qulluq görməyən avtomobilin uzun müddət təhlükəsiz istismar edilməsini gözləmək əbəsdir. Nəzərə alaq ki, taksidə istifadə edilən maşına daha müntəzəm texniki xidmət göstərilməli, filtr, şam, tormoz qəlibi kimi detallar daha müntəzəm dəyişdirilməlidir. 

O ki qaldı servisdən alınmış təzə avtomobilə, səliqəli sürücü belə Priusu 10 il heç bir ciddi problem olmadan idarə edə bilər.

Vüqar 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh