80 min tələbə, 0 tıxac – TÜRKİYƏ TƏCRÜBƏSİ - FOTO

Bizdə dərs başlayan və bitən vaxtlarda ali məktəblərin qarşısında yaranan tıxacı və izdihamı hər bir Bakı sakini görüb. Saat 13.00-14.00 arası ali məktəblərin ətrafında nəqliyyatın, bir çox halda isə piyadaların da hərəkəti iflic olur.
Bu günlərdə baş çəkdiyim Mərmərə Universitetində (İstanbul) isə tam başqa mənzərənin şahidi oldum. Başlanğıcını Sultan Əbdülhəmid dövründən götürən təhsil ocağında 80 min nəfər təhsil alır. Təhsil ocağı 18 fakültə, 12 elmi-tədqiqat institutu, 4 ali məktəb və 4 peşə liseyini birləşdirir. Bir sözlə, buradakı professor-müəllim heyətini, texniki işçiləri, qonaqları və tələbələri toplasaq Azərbaycanın 1 rayonu qədər kontingent alınar.
.jpg)
Gəl ki, Universitetdə keçirdiyin 5 gün ərzində burada tıxac və izdihama rast gəlmədim. Avropa tipli universitetdə zəng, birinci və ikinci növbə anlayışı yoxdur. Eyni fakültədə bir qrupun dərsi 08.30-da başladığı halda, digəri 09.30-da başlaya bilər. Cədvəl tərtibi kimi adi işlərdə dekanlıq rektorla müzakirə aparmır.
Parklama və nəqliyyat məsələsinə gəlincə: Universitetin həyətinə yalnız müəllimlərin avtomobilləri buraxılır. Təhsil ocağının kənarındakı səkilərdə isə tumbalar quraşdırılıb. Kiminsə istəsə belə, səkidə park etməsi mümkün deyil. Kontaktda olduğum müəllimlər tələbələrin dərsə avtomobillə nadir hallarda gəldiyini dedilər. Videodan da universitet ətrafında dərs çıxışı vaxtı sıxlığın olmadığı görünür.
Eyni hal universitet dəhlizlərinə də aiddir. Fasilə vaxtı koridorlarda və yeməkxanalarda izdihama rast gəlinmir.

Baş çəkdiyim məşhur fransız liseyində (Saint Benoît Fransız Lisesi) də oxşar vəziyyət hökm sürürdü. Tramvay xəttinin yanında yerləşən, 900 tələbənin təhsil aldığı kollecin fəaliyyəti nəqliyyata və piyadalara mane olmurdu. Maraqlı budur ki, illik 22 000 manat təhsil haqqının olduğu məktəbə övladını lüks avtomobillə gətirən valideynə rast gəlmədim. Bir sözlə, təhsil alanların (tələbə, şagird, kollec müdavimi və s.) seçimi məhduddur: ictimai nəqliyyat, məktəb avtobusu və ya velosiped.
Bu vəziyyəti gördükdə bir anlıq məzunu olduğum Azərbaycan Dillər Universitetini xatırladım. Universitetin Təbriz küçəsindəki korpusda 1-ci növbənin dərsi başa çatıb 2-ci başladıqda ətraf küçələrdə hərəkət dayanır. BDU-nun, Texniki Universitetin ətrafındakı vəziyyət isə ümumiyyətlə dözülməzdir.
Bakıdakı ali məktəblərin qarşısındakı izdihamı aradan qaldırmağın yolu dərs saatlarının fərqli vaxtlara salınması, tələbələrin nəqliyyatdan istifadəsini azaltmaq üçün yaxın ərazilərdə yataqxana tikilməsidir.
Gələcək planda isə ali məktəblərin köçürülməsi yerinə düşər. Lakin köçürülmə zamanı universitet sovet sistemindəki kimi bir tədris binası və 50 kvadrat metr həyətdən ibarət olacaqsa, sərt növbə bölgüsü qalacaqsa, o zaman dəyişən yalnız məkan olmayacaq.
.jpg)
Vüqar
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək















