92 və 95 oktanlı benzinlər qarışanda nə olur?

Bu gün əksər avtomobil istehsalçıları bildirirlər ki, 92 və 95 oktanlı benzinlər bir-biri ilə rahat qarışır. Təbii ki, söhbət keyfiyyətli benzindən gedir. Əks halda 92 oktanlı benzin yanacaq çəninin dibinə çökür.
Bəs mühərrikdə hansı proses baş verir?
Avtosfer.az xəbər verir ki, avropalı istehsalçılar 30 ilə yaxındır 92 oktan tələb edən avtomobil istehsal etmir. Həm də öz avtomobillərinin yüksək oktanlı benzinlə istismar edilməsin i tövsiyə edirlər.
92 oktanlı benzin detonasiyaya az davamlı olduğu üçün daha tez və sürətlə yanır. Elmi dillə desək, alışma baş vermədən, porşen yuxarı ölü nöqtəyə çatmadan öz-özünə alışaraq porşeni geri itələyir. Nəticədə mühərrikdə taqqıltı əmələ gəlir, detallar tez sıradan çıxır. Soyutma sistemi də tam gücü ilə işləyir.
Son model avtomobillərdə yay mövsümündə aşağı oktanlı benzinin istifadəsi müasir mühərrik üçün daha böyük yükdür. 95 oktan yanacaq daha gec alışdığı üçün qızma ləng gedir. Üstəgəl, 95 oktanlı yanacaqda istidən genişlənmə də az baş verir. Son nəticədə mühərrik daha optimal rejimdə işləyir.
Nəhayət, bir və ya iki dəfə 92 və 95 oktanlı benzinlər qarışdırıldıqda bunun ciddi ziyanı yoxdur. Amma uzun müddət belə davam edərsə, və ya avtomobil daim aşağı oktanlı yanacaqla işlədilərsə o zaman mühərrikin tez sıradan çıxmasına və addımbaşı təmirə görə sürücü təqsirkardır. O ki, “motoru 92 benzinə öyrəşdirən sürücülərə”, onlar həm yalançı, həm də ekologiya düşmənidirlər.
Vüqar
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










