"Abarth 500e" “sığın” testində əla nəticələr əldə edib

İspaniyanın km77.com nəşrinin jurnalistləri Abarth 500e elektrokarını ənənəvi "sığın" testi ilə sınaqdan keçiriblər. Sınaqlar zamanı avtomobil qəflətən zolağı dəyişdirməli - sanki o, əsl heyvanla qarşılaşır - qonşu zolağa keçməli və yenidən öz zolağına qayıtmalıdır. Hetçbek bu manevri 77 km/saat sürətilə yerinə yetirməyi bacarıb, üstəlik öz davranışı ilə mütəxəssisləri yaxşı mənada təəccübləndirə bilib. Testdə bazarda yeganə variantda təklif olunan Abarth 500e modeli iştirak edib.
Ön ötürməli hetçbek 155 at qüvvəsi və 235 Nm fırlanma anı hasil edən elektrik mühərrikinə, həmçinin 42 kilovat-saatlıq batareyaya malikdir. Test avtomobili Brigedstone Potenza Sport şinləri taxılmış 18-düymlük təkər disklərinə malik olub.
Əla nəticənin əldə olunmasının əsas səbəkarları aşağı ağırlıq mərkəzini təmin edən batareya və sükan çarxının hərəkətinə dəqiq cavabı təmin edən xüsusi Abarth tənzimləmələridir. Bundan əlavə, proqnozlaşdırıla bilən davranış və elektron yardım sistemlərinin düzgün tənzimləmələri də böyük rol oynayıblar.
Ekstremal Scorpion Track rejimində, ən yaxşı cəhddə, avtomobil 79 km/saat sürətində konuslardan ibarət dəhlizində qalıb, bu, təkcə "sığın" testi üçün keçid nəticəsi deyil, həm də ümumi olaraq test standartlarına görə çox yaxşı nəticədir. Üstəlik bu, bir sıra daha güclü və daha bahalı modellərin nəticələrindən daha yaxşıdır!
autograph.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












