ABŞ “Mercedes”-lə əlaqədar dizel qalmaqalına dair işə xitam verib

ABŞ Ədliyyə Nazirliyi “Mercedes-Benz”-lə əlaqədar dizel qalmaqalına dair işə xitam verib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə “Handelsblattv” qəzeti məlumat yayıb.
“Mercedes-Benz” istehsalçısı olan “Daimler” konserni məlumatı təsdiqləyib.
ABŞ Ədliyyə Nazirliyi 2016-cı ildə dizel mühərrikli avtomobillərdə atmosferə atılan zərərli maddələrin miqdarını az göstərən proqram təminatının quraşdırılması iddiası ilə əlaqədar “Daimler” konserni ilə bağlı araşdırmalara başladığını elan etmişdi. Bu, həmin vaxt şirkətin səhmlərinin 5 faiz ucuzlaşmasına səbəb olmuşdu.
Qeyd edək ki, dizel mühərrikli avtomobillərdə atmosferə atılan zərərli maddələrin miqdarını az göstərən proqram təminatının quraşdırılması iddiası ilə əlaqədar Almaniyanın digər avtomobil istehsalçısı - “Volkswagen” milyardlıq kompensasiya ödəməli olmuşdu. Ancaq “Daimler” 8 il ərzində ABŞ hakimiyyətinə 300 min müxtəlif sənəd təqdim etməklə cəzadan qurtulmağa nail olub.
Şirkətin nümayəndəsi Renat Yunqo Bryunqer ABŞ Ədliyyə Nazirliyinin hələ mart ayında araşdırmaları dayandırdığı barədə şirkətə məlumat verdiyini bildirib. Lakin ictimaiyyət üçün məlumatın niyə məhz indi açıqlandığına aydınlıq gətirilməyib. ABŞ Ədliyyə Nazirliyi qərarı əsaslandırmayıb.
apa
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












