Adidas şirkəti "Bugatti" üslubunda futbol butslarını buraxıb

Adidas və Bugatti şirkətləri məhdud saylı tirajla buraxılacaq Adidas X Crazyfast Bugatti futbol butslarını təqdim ediblər. Tərəfdaşlar yeni məhsulu "maksimal yüngüllük və üslub" üçün yaradıldığını bildiriblər. Mavi-qara rəngli çəkmələr fransız markasının hiperkarlarına çoxlu istinadlar olan xüsusi dizayna, “karbon lifindən toxunmuş” unikal qutuya və çox kiçik tiraja malikdir: bütün dünya üzrə cəmi 99 cüt buts satılacaq.
Futbol çəkməsinin əsas hissəsi, üç qara Adidas zolağı və Bugatti loqosu olan qara rəngli üst və arxa tərəf ilə uyğunlşadırılmış firma Bugatti Blue rənginə boyanıb.
Dizaynerlər Adidas Speedframe altlığından, dəstəkləyici Aerocage astarından və “nəfəs alan” Aeropacity Speedskin torundan istifadə edərək mümkün qədər yüngül, lakin davamlı ayaqqabı yaratmağa çalışıblar. Hiperkarlarda olduğu kimi, əsl karbon lifindən hazırlanmış əlavə də var - o, altlığa inteqrasiya olunub.
Çəkmələrin kənarları Adidas və Bugatti brendlərinə məxsus olan “Impossible is Nothing” və “Create the Incomparable” şüarları ilə bəzədilib. İdman ayaqqabıları karbon lifindən ilhamlanan naxışa malik olan unikal qutuda çatdırılacaq.
Adidas Football bölməsinin baş meneceri və böyük vitse-prezidenti Nik Krəggesin bildirdiyinə görə, Adidas X Crazyfast Bugatti çəkmələrinin debütü noyabr ayında baş tutmalıdır: futbolçular Kərim Benzema və Rafael Leao bu çəkmələri geyinərək yaşıl meydançaya çıxacaqlar.
Tirajın çox az olması səbəbindən, çəkmələr noyabrın 8-dən 11-dək Adidas Collect Web 3 platformasında hərraca çıxarılacaqlar. Butsun başlanğıc qiyməti açıqlanmayıb, lakin şübhəsiz ki, xüsusi nəşrdən olan idman ayaqqabısı standart Adidas X Crazyfast modelindən (260 avro) xeyli baha olmalıdır.
autograph.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










