Reklam

"AITO" markası bayraqdar "M9" krossoverini nümayiş etdirib

Avtodünya 29 Dekabr 2023 22:40 Oxunub 1018
"AITO" markası bayraqdar "M9" krossoverini nümayiş etdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Huawei və Seres qrupu tərəfindən yaradılan AITO (Adding Intelligence to Auto) brendi flaqman M9 krossoveri üzərindəki sirr pərdəsini götürüb. Çində krossover hibrid və ya elektrik güc aqreqatı ilə təklif olunacaq, təhlükəsizlik və əyləncə sahəsində qabaqcıl həllər sayəsində isə, tələbkar müştərilərin diqqətini çəkəcək.

Eyni zamanda, M9 modelinin güc strukturunda, nüvə sualtı qayıqlarında istifadə olunana bənzəyən mürəkkəb poladlar üçün də yer tapılıb. Zərbəyə davamlı tirlər ikiqatlıdır, kuzovu isə, demək olar ki, deformasiya etmək qeyri-mümkündür: səkkiz üfüqi və beş şaquli sərtlik tili əlavə edilib.

Eyni şey batareyaya da aiddir. Onun hər bir hüceyrəsi beşqatlı qoruyucu qabığaya bükülüb, üstəlik, qəza zamanı yüksək gərginlikli sistemi tamamilə söndürən qoruyucu var. Krossover doqquz təhlükəsizlik yastığı, həmçinin elektron qıfıllarda nasazlıq baş verdikdə istifadə olunan mexaniki qapı tutacaqları ilə təchiz edilib.

 

Krossoverin təchizatına daxil olan xPIXEL adlı qeyri-adi fənərlər Huawei şirkətinin öz məhsuludur. Onlar işıq qomasının formasını dinamik şəkildə dəyişdirə, 100 metrə qədər məsafədə obyektlərə kölgə sala, hərəkət zolaqlarını, döngələri, yolun kənarını işıqlandıra, hətta açıq havada küçə kinoteatrı üçün proyektor rolunu oynaya bilər.

 

 

M9 hündürlüyü tənzimlənən pnevmodayaqları və elektron idarələnən amortizatorları olan şassiyə malikdir. Həmçinin krossoverin təchizatına asqının tənzimlənməsi zamanı məlumatları nəzərə alınan və 192 lazer massivinə malik olan lidar, 10 salon displeyi (o cümlədən 32 düymlük proyeksiya ekranı), 16,8 milyon rəng seçimi təklif edən ətraf işıqlandırması və yüksək səviyyəli 25 dinamikli Huawei Sound səs sistemi daxildir.

 

Krossover elektronikası real vaxt rejimində səs sahəsini dəyişdirə bilər: məsələn, ikinci sıranı sürücünü telefon danışığından təcrid edə bilər. M9 səs köməkçisi altıya qədər “səs izini” tanıyır, öz biliyini artırır və Huawei Pangu böyük dil modelinin dəstəyi ilə işləyir.

 

 

Krossoverin interyeri altı nəfər üçün nəzərdə tutulub. Ön oturacaqlar qatlanırlar, odur ki, gərək olduqda M9 modeli təkərli evə çevrilə bilər. Arxada adaptiv dirsəkaltıları olan Zero Gravity 2.0 oturacaqlar var. Xırda əşyalar üçün 41 bölmə var, o cümlədən şüşələr üçün rəflər, habelə planşetlər və ultrabuklar üçün dərinliklər nəzərdə tutulub.

 

AITO şirkəti gizlilik barədə də unutmayıb, ona görə də, krossoveri “Təyyarə rejimi” ilə təchiz edib. Bu rejim aktivləşdirildikdə, xaricə hər hansı bir məlumat ötürülməsi bloklanır, Wi-Fi, Bluetooth və qaçırılmaya qarşı müdafiə sistemi söndürülür.

 

Çində AITO M9 modelinin hibrid versiyasının (496 at qüvvəsi, 675 Nm) qiyməti 469 800 (112 500 manat), elektrik versiyasının (530 at qüvvəsi, 673 Nm) isə, 509 800 (122 000 manat) yuandan başlayır.

 

Hibridin yürüş ehtiyatı 1402 (CLTC) kilometrə, elektrokarın isə 630 kilometrə çatır. Hibrid krossover yerindən 100 km/saata 4,9, elektrik variantı isə 4,3 saniyəyə sürətlənir. Hər iki versiyanın maksimal sürəti 200 km/saat həddində məhdudlaşdırılıb.

autograph 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh