Reklam

Alman avtomobil markasının yeni modeli tənqid edildi - FOTO

Avtodünya 4 Sentyabr 2024 15:30 Oxunub 2412
Alman avtomobil markasının yeni modeli tənqid edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Audi”nin yeni modeli Avropa ölkələrində müzakirələrə səbəb olub. Almaniya vətəndaşları yeni modelin əvvəlkilərdən heç nə ilə üstün olmadığından şikayətlənsə də, əksinə, sonuncu modeli bəyənənlər də az deyil.

Avtosfer.az xəbər verir ki, 2008-ci ildən bu yana 2.6 milyon ədəd satılan modelin 2-ci nəsli markanın rekordlarını qırıb və təkcə 22-ci ildə 1.6 milyon ədəd avtomobil satmağı bacarıb. Bu ay isə 3-cü nəsil “Audi Q5 SUV” modeli artıq satışa çıxarılıb.

Belə ki, yeni Q5 eynilə yeni A5 kimi, Premium Platforma Yanması (PPC) adlı arxitekturada yüksəlir. Ön hissədə yeni Audi modellərində gördüyümüz geniş barmaqlıq dizaynı diqqəti cəlb edir. İşıq lampalarının klasterləri incəldilib və bu, yolsuzluq avtomobilinə daha aqressiv görünüş qazandırıb.

Yeni Matrix LED dəstlərində 15 müxtəlif dəyişdirilə bilən element var. Bu şəkildə cəmi 8 fərqli işıq animasiyası yaradıla bilər. Digər maraqlı texnologiya isə spoylerdəki proyeksiya işığıdır. Yeni Q5 arxadan gələn sürücülər üçün arxa pəncərəsində müxtəlif xəbərdarlıqları əks etdirə biləcək. “Audi” istehsalçıları onu da qeyd edib ki, bu texnologiya yalnız Avropada mövcud olacaq.

Üç fərqli avadanlıq və proqram təminatı ilə gələcək modelin uzunluğu 4717, eni 1900, hündürlüyü isə 1651 millimetr təşkil edəcək. Sələfindən 3.5 santimetr uzun olan modelin təkər bazası 2820 millimetr olacaq. Avtomobilin diskləri 17-21 düym ölçüsündə olacaq.

 

Modelin təqdim etdiyi bütün yeni mühərriklərdə MHEV Plus texnologiyası mövcuddur. 204 at gücünə malik 2.0 TFSI və 2.0 TDI mühərrikləri bu texnologiya ilə təchiz edilib. SQ5-in 367 at gücünə malik yeni 3.0 V6 TFSI mühərriki də eyni yumşaq hibrid texnologiyasından faydalanır. Əlavə edək ki, bütün mühərrik variantları yalnız 7 pilləli qoşa muftalı transmissiya ilə alına bilər.

Kabin və Texnologiyalar:

Qapını açıb sükan arxasında əyləşdikdə salonda bizi “OLED” ekran qarşılayır. Bu vahid ekran 11.9 düymlük alətlər paneli və 14.5 düymlük multimedia ekranından ibarətdir. İstəyə görə salona ekran əlavə edə bilərsiniz.

Məlumat-əyləncə sistemində “Android Automotive” proqramı var. Beləliklə, siz uzaqdan yeniləmələr alaraq avtomobilinizi hər zaman yeni saxlaya bilərsiniz. “YouTube” kimi proqramları birbaşa multimedia sisteminə endirməklə, hətta telefon bağlantısına ehtiyac duymadan platformaya daxil ola bilərsiniz. Bununla yanaşı avtomobilin idarəetməsini asanlaşdırmaq üçün süni zəka robotu olan ChatGBT də əlavə edilib.

Ötən il istehsal olunan “Audi”nin sonuncumodellərinin sükan dizaynı sosial şəbəkələrin Avropa seqmentində səs-küy yaratmışdı. Eyni sükan Q5-də də görünür.

Qeyd edək ki, yeni Q5 və SQ5 artıq Almaniyada satışa çıxarılıb. Dizel modelinin qiyməti 57 100 avro olduğu halda, SQ5 üçün 82 900 avroya təklif edilib.

 

Hülya

ŞƏRH YAZ
Ad

E-mail

Şərh