Alman istehsalçı: İstilik mühərriklərindən tam imtina hələ mümkün deyil - FOTO

Alman mühəndislərin fikrincə, konkret müddət qoyulsa belə, istilik mühərriklərindən 2035-ci ilədək tam imtina mümkün olmayacaq.
Avtosfer.az xəbər verir ki, Bosch şirkətinin baş direktoru Stefan Hartunq bildirib ki, elektromobilə keçid məsələsini bir qərarla həll etmək mümkün deyil. Avropada minik avtoomobilləri ekektrik dartısına keçə bilər, lakin dünya təkcə Avropadan ibarət deyil. Dünyadakı bütün avtomobil parkının elektrikləşdirilməsi azı 30-35 il vaxt aparacaq. Bu səbəbdən benzin və dizel mühərriklərinin təkmilləşdirilməsinə hələ də xərc qoyulmalıdır.
İş adamı hesab edir ki, Avropanın pözündə belə 2035-də elektrikə tam keçid mümkün olmayacaq. Çünki minik avtomobillərindən fərqli olaraq kənd təsərrüfatı maşınlarının elektriklə işləməsi mümkün görünmür. Səbəb isə onların sərfiyyatının çox yüksək olamsıdır.
PS. Böyük iqtisadçı Karl Marks deyirdi: “Cəmiyyət hər hansı inkişaf mərhələsinin nə üzərindən adlayıb keçə, nə də bunu dekretlə ləğv edə bilər”.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR














