Almaniyada avtomobil sənayesini zəiflədəcək qərar

Noyabrda Almaniyanın Konstitusiya Məhkəməsi pandemiya dövründə istifadə edilməmiş kreditlərin təkrarən dövriyyəyə qaytarılmasını qadağan edib. Yaşıl enerji və sənaye sektoruna aid bu kreditlərin həcmi 60 milyard avrodan yuxarıdır.
Avtosfer.az xəbər verir ki, qərar 2024-cü ildə büdcə kəsiri ilə bağlı problemi olan Almaniya üçün əlavə çətinlik yaradacaq. Lakin ölkə mediasının məlumatına görə bu qərardan ilk növbədə avtomobil sektoru əziyyət çəkəcək. Bazar günü qüvvəyə minən qərarla elektromobil alışı üçün bonus verilməsi dayandırılıb.
Almaniya İqtisadiyyat Nazirliyi bildirib ki, artıq elektromobil alıcılarına güzəşt edilməyəcək. Bu qərar zərurətdən doğur, çünki büdcədə əlavə vəsait yoxdur.
Ekspertlərin qənaətinə görə, qərar Almaniya avtomobil sənayesi üçün ağır nəticələr doğuracaq.
Nüfuzlu avtomobil eksperti Ferdinand Düdenhofferə görə “qərar alman avtomobil konstruktorlarının səmərəliliyini aşağı salacaq. Çinlilər isə əksinə, avtomobil sənayesini sürətlə inkişaf etdirirlər, çünki onların müştərisi var. Almaniyada artıq belə deyil”.
Handesblat qəzetinin məlumatına görə yeni qərar Almaniyada 2030-cu ilədək 15 milyon elektromobil satışı planını qeyri-real arzuya çevirib. Bu planın reallaşması yalnız xəyal ola bilər. Statistika 2016-cı ildən indiyədək 2,1 milyon elektromobil alınması üçün hökumətin 10 milyard dollar vəsait ayırdığını göstərir.
Almaniyalı mütəxəssislərin qənaətinə görə yeni qərar ümumilikdə almaniyalı avtomobil istehsalçılarının çinlə müqayisədə mövqelərini daha da zəiflədəcək. Artıq neçə ildir Almaniyanın avtomobil zavodları Çin müəssisələri ilə rəqabətdə ciddi çətinliklərlə üzləşir.
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










