Almanları elektromobildən soyudan səbəblər

Dünyanın bir çox ölkəsində müşahidə olunan tendensiya Almaniyadan da yan keçməyib. Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada elektromobil satışı kəskin şəkildə geriləyib.
Avtosfer.az xəbər verir ki, ötən fevralda Almaniyada 217 mindən çox təzə avtomobil satılıb. Bu da illik əsasda satışların 5,4% artması deməkdir. Lakin satılan avtomobillərin cəmi 12,6%-ni elektromobillər təşkil edib. Halbuki, 2013-cü ilin fevralında rəqəm 15,4% idi.
Cari ilin ilk ayında Almaniyada 22 478 elektromobil satılıb ki, bu da ümumi bazarın 10,5%-ni təşkil edir. Ekspertılər bunu böhran həddi hesab edir.
Almaniyanın Federal Avtomobil Agentliyi KBA bildirir ki, ötən ay 27 479 elektromobil satılıb. Bu da ötənilki orta göstəricidən daha aşağıdır. Nəzərə alaq ki, 2023-cü ildə orta göstərici 18,4% təşkil edib.
Əslində Almaniyada elektromobil satışlarının azalması son 2 ayın məsələsi deyil. Ötən yayda dotasiyalar dayandırıldıqdan sonra satışlarda geriləmə başlayıb. Hökumət bu addımı vəsait azlığı ilə izah edib.
Satışların geriləməsi təkcə yardımların kəsilməsi ilə izah edilməməlidir. İnfrastruktur problemləri də insanların seçiminə ciddi təsir göstərir. Elektromobillər üçün doldurma şəbəkəsinin zəif olması, bahalı servis və sığorta, gediş məsafəsinin azlığı insanları çəkindirir.
Psixoloji amillər də əhalini ənənəvi avtomobillərə yönəlməyə sövq edir. İlin əvvəlində ABŞ-də kəskin şaxtalara görə minlərlə elektromobilin hərəkətsiz qalması bu texnikanın nüfuzunu qlobal miqyasda zədələyib.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












