Reklam

"Audi Q4 e-tron" ailəsi modernləşdirilib

Avtodünya 27 Sentyabr 2023 17:20 Oxunub 738
"Audi Q4 e-tron" ailəsi modernləşdirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2021-ci ilin yazında debüt edən Audi Q4 e-tron elektrik krossoveri Volkswagen brendinin ID ailəsinin elektromobillərinin ən yaxın qohumudur. Bu elektrokarlar MEB platformasına əsaslanırlar. Qeyd etmək gərəkdir ki, Audi Q4 e-tron modelinin populyarlığı getdikcə artmaqdadır - cari ilin birinci yarısında satışlar 2022-ci ilin analoji dövrü ilə müqayisədə 51,2% artıb. Bu, Audi elektrokarları arasında ən yüksək göstəricidir. İndi isə, adi krossoveri və kupeşəkilli Q4 Sportback modelini özündə birləşdirən modernləşdirilmiş Q4 e-tron ailəsi təqdim olunub.

Yenilənmə sırf texniki xarakter daşıyır, ona görə də onu tam ölçülü restaylinq adlandırmaq olmaz. Eksteryer və interyer dizaynında heç bir dəyişiklik nəzərdə tutulmur. Lakin Audi Q4 e-tron krossoverləri ən son ID modellərindən tanış olan yeni güc aqreqatlarını alıblar: məsələn, indi arxa oxda APP550 indeksli yeni nəsil sinxron elektrik mühərriki quraşdırılır. Xüsusiyyətlər arasında daha güclü daimi maqnitləri olan rotor var. Statorun isə sarğılarının və dolama kəsiklərinin ölçüsü artırılıb. Nəticədə elektrik mühərrikinin gücü 204-dən 286 at qüvvəsinə qədər yüksəlib.

Bu yeniliklər krossoverin bəzi modifikasiyalarının indekslərinin dəyişməsinə gətirib çıxarıb. Arxa ötürməli Q4 40 e-tron baza versiyası öz yerini 286 at qüvvəli Q4 45 e-tron versiyasına verib. İyerarxiyadakı orta modifikasiya sayılan və iki mühərrik ilə təmin edilən tam ötürməyə malik olan Q4 45 e-tron quattro modeli öz indeksi saxlayıb, lakin daha güclü olub: 256 əvəzinə 286 at qüvvəsi. Nəhayət, 50 indeksli tam ötürməli top versiya artıq 55 indeksini daşıyır: iki mühərrikin ümumi hasilatı 299-dan 340 at qüvvəsinə qədər yüksəlib. Avropa mediası  hər iki tamötürməli krossoverin eyni elektrik mühərriklərinə, lakin fərqli proqram təminatına malik olduğunu ehtimal edir.

Dartma batareyasının tutumu dəyişməyib (77 kilovat/saat), lakin indi ikimühərrikli Q4 krossoverləri 175 kilovata qədər gücə olan terminallara qoşula bilərlər. Arxa ötürməli versiyalar üçün isə, limit 135 kilovat müəyyən edilib, halbuki əvvəllər bütün variantlar maksimum 125 kilovatlıq yükləməni dəstəkləyirdilər. Batareyanın soyutma və idarəetmə sistemləri  də təkmilləşdirilib. Artıq batareyanın 10-dan 80 faizə qədər doldurulmasına 28 dəqiqə gərəkdir.

Bundan başqa, modernləşdirmə tədbirləri çərçivəsində bütün asqı variantları yenidən sazlanıblar. Xatırladaq ki, Q4 modeli üçün standart, idman və adaptiv variant təklif olunur. Bu dəyişikliklər sükanın hərəkətinə cavab reaksiyasını yaxşılaşdırmağa imkan verib. Adaptiv kruiz-kontrol da zolaqları müstəqil şəkildə dəyişməyi öyrənib. Nəhayət, konfiqurasiya edlən Audi virtual cockpit cihazlar paneli və naviqator artıq standart təchizata daxil edilib.

Almaniyada yenilənmiş Audi Q4 e-tron krossoverlərinə sifarişlərin qəbuluna sentyabrın 26-da  başlanmalıdır. Lakin qiymət artımı olmadan da ötüşməyib: baza versiyasının qiyməti 51 900 avrodan 52 950 avroya yüksəlib.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh