Avropada elektromobil satışı azaldı

Avropada iyun ayında avtomobil satışları 4,3% artıb.
Avtosfer.az xəbər verir ki, bu, 2019-cu ilin iyulundan indiyədək ən yüksək göstəricidir. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, satış həcminə görə yenə də ənənəvi olaraq Almaniya, İtaliya və Fransa liderlik edir.
Maraqlı budur ki, bazarda elektromobillərə maraq azalıb. Bu texnikanın satışlarının Belçikada 50%, İtaliyada 117% artsa da, ümumi geriləməsini kompensasiya edə bilməyib. İllik əsasda elektromobil satışı 1%, doldurulan hibrid satışı isə 20%-dək azalıb. Bunun əksinə, klassik hibridlərin satışında 26%-lik artım qeydə alınıb. Cari ilin ilk rübündə isə elektromobil satışı 1,3% artmışdı. Bu da bir daha elektromobil satışının subsidiyadan asılılığını göstərir.
Ümumi planda elektromobil və hibridlər yeni avtomobil bazarının 50%-ni təşkil edir. Ötən ilin müvafiq dövründə göstərici 47% olub.
Markalara gəlincə, Volkswagen, Stellantis və Renault qruplarının satışları artıb.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












