Avropadakı keyfiyyətsiz yanacağın bizim üçün təhlükəsi

Avropada yanacaq baha olduğu üçün sürücülər müxtəlif yollara əl atırlar.
Avtosfer.az xəbər verir ki, son aylarda soba yanacağı üçün nəzərdə tutulan yanacaqdan (mazut) avtomobildə istifadə edənlərin sayı artıb. Səbəb də sadədir: yanacaqdoldurma məntəqəsində Dizelin litri 2 dollar olduğu halda, soba yanacağı 2 dəfə ucuzdur.
Avropada soba yanacağı fərqləndirilmək üçün qırmızı rəngə boyansa da, işbazlar onu “saraltmağın” yolunu tapıb. Buna görə də, Avropa İttifaqında yanvardan etibarən yanacağa daha davamlı rəng qatılacaq.
İşə nəzarəti isə polislə yanaşı gömrük də həyata keçirir. Yanacaq çənində belə dizel turulsa minik avtomobili sürücüsünü 500 dollar, yük avtomobili sürücüsünü isə 1200 dollar cərimə gözləyir.
Soba yanacağının setan ədədi aşağı olduğu üçün müasir dizellərə yaramır. Avtomobil tüstü verir, mühərrik tez sıradan çıxır.
Çox təəssüf ki, belə yanacaqla işləyən avtomobillər bir müddət sonra Azərbaycana da gəlib çıxa bilər. Belə olduğu halda cəzanı (xərci) azərbaycanlı istifadəçi çəkəcək.
Vüqar
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır
Dünyanın ən böyük detal istehsalçıları
Cəmi 20 ədəd istehsalı olunmuş avtomobilin hamısını bir ailə aldı
Yeni “Bugatti” belə olacaq - FOTOLAR
Çin tarixinin ən böyük elektromobil partiyası yola salındı
Nadir "Porsche" rekord qiymətə satıldı - FOTO
Çində yeni rüsum: Elektromobillər bahalaşacaqmı










