Avropadakı "Toyota Corolla" ailəsi də modernləşdirilib
Amerikadakı Corolla ailəsi ilə eyni vaxtda bu modelin Avropadakı çeşidi də modernləşdirilib. Ancaq buradakı dəyişikliklərin siyahısı fərqlidir! Çünki yerli bazar üçün nəzərdə tutulmuş avtomobillər müxtəlif zavodlarda istehsal olunurlar: hetçbeklər və universallar İngiltərədə, daha konservativ dizaynlı sedanlar isə Türkiyədən gətirilir. Avropada satılan Corolla taam ötürməyə sahib olmayıb, lakin başqa yeniliklər var.
Bütün versiyalar torşəkilli naxışı olan yeni radiator barmaqlığını alıblar, duman əleyhinə işıqların yuvaları dəyişdirilib, kuzovun rəng palitrasına isə yenidən baxılıb. Bahalı versiyalar üçün, korpusları eyni olsa da, LED fənərlərin içalatı və gündüz hərkət işıqlarının forması dəyişdirilib. GR Sport hetçbekləri və universalları yeni arxa bamperləri və 18-düymlük təkər disklərini əldə ediblər.
Salondakı əsas dəyişikliklər ekranlarla bağlıdır. Yeni mediasistemi əvvəlki səkkiz düymlük displeyin əvəzinə 10,5 düymlük sensorlu ekran ilə təchiz edilib, əlavə olaraq, səslə idarəetmə və “hava” üzərindən yeniləmə funksiyalarını alıb.
Baza cihazlar paneli yeddi düymlük displey və analoq panelinin birləşməsindən ibarətdir, lakin bahalı versiyalarda 12,3-düymlük virtual cihazlar paneli quraşdırılır. Virtual panelin dörd əksetdirmə rejimi var. Yeri gəlmişkən, amerikan versiyalarında hələ də belə bir opsiya yoxdur.
Tərtibat materiallarına da yenidən baxılıb. T-Mate elektron köməkçiləri kompleksi genişləndirilib. Məsələn, zolaqda saxlama sistemi yalnız işarələrə deyil, həm də qarşıdan gələn avtomobillərə diqqət yetirir. Qapıları açan zaman, yaxınlaşan avtomobil barədə xəbərdar edən sistemi də peyda olub.
Modernləşmə artıq beşinci nəsil hesab edilən hibrid güc qurğularında da siraət edib. Yeri gəlmişkən, keçən ildən başlayaraq Avropanın əksər ölkələrində Corolla yalnız hibrid versiyalarda təklif olunur. 1,8-litrlik mühərriki olan baza hibridinin hasilatı 122-dən 140 at qüvvəsinə, 2,0-litrlik mühərriki olan versiyanın (yalnız hetçbeklər və universallar üçün) isə, 184-dən 196 at qüvvəsinə qədər artırılıb.
Güc artımına yeni elektrik mühərrikləri sayəsində nail olunub, ona görə də, onlar sürətləmə prosesində daha fəal iştirak edirlər. Bu, akselerator pedalının reaksiyasını daha kəskin etməyə, əlavə olaraq benzin mühərrikinin dövrələrini və səs-küyünü azaltmağa imkan verib.
Üstəlik, hibridlər yeni litium-ion dartma batareyalarını alıblar: onlar əvvəlkilərdən daha yığcam və təxminən 18 kiloqram daha yüngüldürlər. Nəticədə, 1,8-litrlik mühərriki olan hibrid hetçbek 100 km/saat həddini 9,2 saniyəyə (əvvəlki 10,9 saniyəyə qarşı), 2,0-litrlik mühərriki olan isə, 7,5 saniyəyə (7,9 saniyə əvəzinə) toplayır. Pasport üzrə yanacaq sərfiyyatı dəyişilməz qalıb.
Sırf benzin mühərriki olan Corolla yalnız Şərqi Avropanın bəzi ölkələrində saxlanılıb. Hetçbek və universallar üçün 1,2-litrlik “turbodördlük” (116 at qüvvəsi) nəzərdə tutulub, sedanlar isə iki il əvvəl, bizə yaxşı tanış olan 1,6-litrlik dördsilindrli mühərriki (122 at qüvvəsi) daha müasir 1,5-litrlik üçsilindrli Dynamic Force (125 at qüvvəsi) atmosfer mühərrikinə dəyişiblər. Benzin mühərrikləri mexaniki transmissiya və ya variator ilə təchiz edilə bilərlər.
Təkmilləşdirilmiş Corolla modelləri Avropa bazarına yalnız 2023-cü ilin birinci rübündə çıxacaqlar. Ancaq 2022-ci ilin ikinci yarısında burada, Asiya və Amerikada artıq satışda olan Toyota Corolla Cross krossoveri satış debütü edəcəkdir.
autograph.az